Ruslan Abışov Almaniyaya gedəcək

"Neftçi”nin kapitanı Ruslan Abışov əməliyyat olunacaq.  31 yaşlı futbolçu bunun üçün avqustun 1-də Almaniyaya yollanacaq.

 

Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə iyulun 19-da keçirilən cavab oyununda zədələnən Abışovun sol dizində ön çarpaz bağ tam qopub və meniski zədələnib.