Əliyar Ağayev ÇL-də
FIFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasında meydana çıxacaq. Dünən Avropa Liqasının II təsnifat mərhələsinin “Kayrat” – “Alkmaar” görüşünü idarə edən ədalət təmsilçisi bu dəıfə ÇL-in III təsnifat mərhələsində fit çalacaq.
O, III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada “Zaltsburq” klubu ilə ikinci təsnifat mərhələsinin “Şkendiya” (Mekdoniya) – “Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq. Ağayevə Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.