Çerçesov daha iki il Rusiya yığmasında

Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesovla bağlı qərar verilib. Rusiya Futbol İttifaqı millinin baş məşqçisinə yeni müqavilə təklif edib.

Yeni müqaviləyə əsasən Çerçesov daha 2 il bu komandanın “sükanı arxasında” çalışacaq.

 

Xatırladaq ki, Rusiya yığması bu ölkədə təşkil edilən dünya çempionatında Çerçesovun rəhbərliyi altında uğurlu çıxışı ilə diqqət çəkdi. 1/8 finalda İspaniyanı da keçməklə Sovet dönəmindən sonra ən böyük uğuruna imza atan ruslar 1/4 finalda Xorvatiyaya penaltilərlə uduzdu. Komandanın bu uğura imza atmasının əsas memarlarından biri kimi məhz 54 yaşlı mütəxəssis göstərilir.