Qurban Qurbanov Londona gedəcək
Millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov DÇ-2018-in yekunlarına həsr edilən tədbirə dəvət olunub. FİFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri və 6 konfederasiyanın üzvləri İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbirdə iştirak edəcək.
Qeyd edək ki, sentyabrın 23-də keçiriləcək təbdirdə ilin ən yaxşı məşqçisi və futbolçusu da elan ediləcək. (qol.az)