"Qarabağ"ın oyununa pul qoydu, rekord məbləğ uddu

Xorvatiyada mərc həvəskarı rekord məbləğdə uduş əldə edib.
 
Paytaxt Zaqrebin sakini – İvan M (61) adlı istifadəçi 766 min kuna (təxminən 206 min manat) udub. Bu isə Xorvatiya mərc tarixində rekord göstəricidir. Vergilər çıxıldıqdan sonra qalibə 558 min kuna (təxminən 158 min manat) ödənilib.
 
O, bu uduşu 25 matça düzgün proqnoz verməklə qazanıb. Kuponda yer alan görüşlər arasında "Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyada "Kukesi”yə qarşı keçirdiyi ilk oyun da yer alıb. Mərc həvəskarı qolsuz başa çatan qarşılaşmanın ilk yarısının heç-heçə yekunlaşacağını doğru təxmin edib.
 
Qeyd edək ki, "Qarabağ”la "Kukesi” arasında cavab oyunu avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.