"Qarabağ" - "Kukesi" matçı "CBC Sport"da

"Qarabağ” sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Azərbaycan çempionunun Albaniyanın "Kukesi"ylə səfər matçı olduğu kimi, ev qarşılaşması da "CBC Sport"la canlı yayımlanacaq. 
 

Ötən həftə səfərdə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri doğma azarkeşlər önündə qalib gəlməyə çalışacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oyun saat 21:00-da başlayacaq.