Kunqu Emeqaranı fərqləndirmədi: "Etiraf etmək lazımdı ki, "Qarabağ"la "Kukesi" arasında səviyyə fərqi böyükdü"
Albaniyanın "Kukesi" klubunun baş məşqçisi Armando Kunqu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la cavab oyunundan sonra mətbuat konfransı keçirib. Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlər qarşısına çıxan 45 yaşlı albaniyalı mütəxəssis 0:3 hesabıyla uduzaraq mübarizəni dayandırdıqları qarşılaşma haqda danışıb. .
- Böyükhesablı məğlubiyyətdə həlledici nə oldu? "Qarabağ"ın hücumçusu Emeqaranın ustalıq səviyyəsi, yoxsa...
- Rəqibdə hər hansı futbolçunu fərləqndirməzdim. Xüsusilə də Emeqaranı. Etiraf etmək laızmdı ki, komandalar arasında səviyyə fərqi böyükdü. "Qarabağ"da yüksək səviyyəli futbolçular çoxdu. Bu gün "Qarabağ" komanda şəklində qalib gəldi, bir futbolçunun ustalığı ilə yox.
- Mübarizəni Avropa Liqaısnda davam etdirəcəkdiniz. Bu turnirdə nəyə ümid edirsiniz?
- Bunun üçün rəqibimizin kimliyini bilıməliyik. Bundan başqa, daha bir problemimzi var. Çünki hələ sabah yola düşəcəyik. Həmin matça Albaniyada hazırlaşmağa cəmi gün vaxtımız olacaq. Buna görə də Avroliqa haqda indi bir şeyə deyə bilmərəm.