BATE-ni "Qarabağ" qarşısına çıxaran futbolçu özlərini şanslı sayır: "Rəqib səviyyəli legionerlərlə olan güclü komandadı"
"Son 2 ildə 3-cü dəf evdə heç-heçədən sonra səfərdə qalib gəlirik. Niyə belə olduğunu demək çətindi. Prinsipcə, mənim üçün harda qələbə qazanmaq vacib deyil. Əsas odur ki, BATE növbəti mərhələyə keçsin". Bu fikirləri"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan BATE-nin futbolçusu İqor Staseviç bildirib.
Turnirin II təsnifat mərhələsində Finlandiyada HİK üzərində 2:1 hesabıyla qalib gəldikləri cavab matçında qələbə topunu vuran yarımmüdafiəçi təmsilçimizi belə dəyərləndirib: "Tezliklə "Qarabağ"la matça hazırlığa başlayacağıq. Bilirəm ki, komanda ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Səviyyəli legionerlərlə olan güclü komandadı. Ancaq fikrimcə, hər şey gücümüz daxilindədi".
Xatırladaq ki, BATE ilk matçı avqsutun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.