Şeydayev “Trabzonspor”u tərk etdi
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun düşərgəsini tərk edib. 22 yaşlı futbolçunun adı ötən gün İtaliyanın "Kalyari" klubu ilə keçirilən yoxlama oyunun iştirak ərizəsinə daxil edilməyib.
Şeydayev transfer danışıqları üçün Qara dəniz klubunu tərk edib. Onun xidmətində Avstriyanın "Mattersburq" klubu maraqlıdı. Bundesliqa təmsilçisi Ramili "Trabzonspor"dan icarəyə götürmək istəyir.
Şeydayev son mövsümü icarə əsasında "Qarabağ"da keçirib.