BATE Bakıya 20 futbolçu gətirdi
“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan BATE Azərbaycana yollanıb. Borisov təmsilçisi “Minsk” hava limanından erkən saatlarda - yerli vaxtla 8:15-də (Bakı vaxttilə 9:15-də) səfərə çıxıb.
Belaruslar yorucu uçuşu, Bakı ilə aralarında 1 saatlıq fərqi, paytaxtımıza çatandan sonra axşam məşqi öncəsi oteldə yaxşıca istirahət etmək üçün tez səfəri daha məqsədəuyğun sayıb.
BATE-nin baş məşqçisi Aleksey Baqa Bakıya 20 futbolçu gətirib.
Qapıçılar: 30. Aleksey Çernıx, 35. Anton Çiçkan, 48. Denis Şerbiçki
Müdafiəçilər: 4. Aleksandr Filipoviç, 5. Yevgeni Yablonski, 17. Aleksey Rios, 19. Nemanya Milunoviç, 21. Eqor, Filipenko, 23. Zaxar Bolkov, 42. Maksim Volodko
Yarımmüdafiəçilər: 7. Yevgeni Beryozkin, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 11. Aleksandr Qleb, 22. İqor Staseviç, 25. Dmitri Baqa
Hücumçular: 13. Nikolay Ciqneviç, 15. Maksim Skaviş, 24. Yasse Tuminen, 45. Vladislav Mukamedov
“Qarabağ”la oyunlar üçün UEFA-ya 26 futbolçu sifariş edən Belarus çempionu 6 futbolçunu kənarda qoyub.
Qeyd edək ki, komandaların ilk matçı avqustun 7-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.