“Beşiktaş” ermənini icarəyə verdi
Türkiyənin "Beşiktaş" klubu Ermənistan milli komandasının futbolçusu Aras Özbilisi icarəyə verib. Erməni futbolçu Hollandiyanın "Villem II" klubunda çıxış edəcək.
28 yaşlı yarımmüdafiəçi ilə 2018/19 mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Aras Özbilis 2016-cı ilin yayında "Beşiktaş"a transfer olunub və İstanbul klubunda cəmi 5 rəsmi matça çıxıb. O, ötən mövsüm icarə əsasında Moldovanın "Şerif" klubunda forma geyinib.