PSV rəsmisi rahatlaşmağa əsas görmür: "Rəqibin "Qarabağ" və ya BATE olması önəmli deyil"
PSV Çempionlar Liqasının pley-off mərhələsində püşkü dəyərləndirib. Klub rəsmisi Yoost van Erp onlar üçün rəqibin kimliyi önəmli olmadığını bildirib.
Onun fikrincə, ya "Qarabağ", ya da BATE düşərsə, fərq etmir və istənilən halda, PSV-ni çətin oyunlar gözləyir: "Rahatlaşmaq üçün heç bir səbəb yoxdu. İndiki məqamda ümumiyyətlə, heç bir holland klubu Avropada rahat ola bilməz. PSV də bu baxımdan digərlərindən heç ilə fərqlənmir. Komandamızın qrup mərhələsinə vəsiqə qazanıb, daha güclü komandalarla qarşılaşması əla olardı”.
Qeyd edək ki, pley-of mərhələsinin ilk oyunları avqustun 21-22-də, cavab matçları isə 1 həftə sonra keçiriləcək. Püşkə görə PSV ilk matçı səfərdə keçirəcək.