BATE-nin baş məşqçisi azərbaycanlı həmkarlarından hədiyyə alacaq: "Qarabağ"ı keçməmək bizim üçün xoş olmayan sürpriz olacaq"

BATE-nin baş məşqçisi Aleksey Baqa Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi mətbuat konfransı keçirib. Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlər qarşısına çıxan belaruslu mütəxəssis əvvəlcə matça hazırlıq haqda danışıb.

 

- "Qarabağ" çox güclü komandadı. Bir neçə dəfə qrupda oynayıb. Uzun müddətdi Qurban Qurbanovun rəhbərliyi altında uğurla çıxş edir. Bilirik ki, hansı rəqibə qarşı oynayacağıq. Start fitinədək şanslar bərabərdi. 

 

- BATE son 1 həftə Avropanın şimaldan cənubadək səyahət edib. Ötən həftə Finlandiya, bu dəfə Azərbaycan. Bu, komandaya təsir etməyəcək?

- Avrokuboklarda çıxış edən komandalar belə qrafikə hazır olmalıdı. Bu, normal haldı. İlk vəzifəmiz finləri keçmək idi. İndisə növbəti mərhələyə keçmək haqda düşünürük. Yol yorğunluğu baxımından problem yoxdu. 

 

- HİK-i keçsəniz də, oyunlar heç də uğurla alınmamışdı. Bu, rəqibə barmaqarası yanaşmaqdan irəli gəlirdi, yoxsa komandanın potensialı bu idi?

- Belə alındı ki, Borisovda qol şansımız çox idi. Ancaq bunlardan istifadə edə bilmədik. Cavab matçında isə tez 2 qol vuraraq cütün taleyini həll etdik.

 

- BATE-nin saytında keçirilən soğruya əsaəsn 58 faz "Qarabağ"ı keçə bilməyəcəyimizə səs verib. Azarkeşlərin belə inamısızlığı nəylə bağlıdı?

- Klubun rəsmi saytında belə sorğu yoxdu. 

 

- "Qarabağ"ın kapitanı Rəşad Sadıqov ilk oyunu Bakıda keçirməyi rəqib üçün üstünlük sayır. Siz bununla razısınız?

- Bu haqda bir şey demək çətindi. Təcrübəmizdə ilk oyunları evdə də keçirməyimiz də olub, səfərdə də. Ancaq kapitanla da razılaşmamaq olmur. Hər halda, Rəşad Sadıqov təcrübəli futbolçudu.

 

- Ötən mövsüm "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhəlsəində hansı oyunlarını izləmisiniz?

- Hamısını. Işimiz budu.

 

- Hansı "Qarabağ"a qarşı oynamaq istəməzdiniz?

- Bu suala cavab vermək çətindi. Başa düşmək lazımdı ki, rəqib ötən il güclü yarışda çıxış edirdi. Avropanın TOP komandalarıan qarşı oynayırdı. Bu da baş məşqçinin böyük əməyinin nəticəsidi.

 

- Belarusda PRO kurslarında azərbaycanlı həmkarlarınız Aftandil Hacıyev və Ayxan Abbasovla birgə oxuyursunuz. Onlardan "Qarabağ" haqda bir şey soruşmusunuz?

- Biz zəngləşmişik. Amma tam başqa məsələyə görə. Onlar Bakıya gələndə mənə hədiyyələr söz veriblər. Tədris vaxtı futbol kifayət edir.

 

- BATE "Qarabağ"la oyuna hazırdımı və hansı nəticə sizin üçün yaxşı sayılacaq?

- Əlbəttə, tam hazırıq. Nəitcə haqda nəsə demək çətindi. Çətin rəqibə qarşı səfər matçında oynayacağıq. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İstənilən müsbət nəticə bizim üçün yaxşı olacaq.

 

- Cütün qalibi olmasınız, bu, sizin üçün xoş olmayan sürpriz olacaq?

- Prinsipcə, hə. Çünki əvvəldən məqsədimiz çox irəli getmək, hansısa turnirin qrupuna düşməkdi. 

 

- Bakıda olanda potensial rəqiblərinizi də bildiniz. ÇL-in pley-off mərhələsində PSV-in düşməyini necə qarşıladınız?

- Bu haqda danışmaq həddən artıq erkəndi. Ona görə də "Qarabağ" haqda danışmağı üstünlük verirəm.

 

- Azərbaycandan fərqli Belarusda çempionatın davam etməsi sizin üçün üstünlıüldü?

- Həm hə, həm də yox. "Qarabağ" yayda yaxşı toplanış, yoxlama oyununda güclü rəqiblərlə qüvvəsini sınayıb və artıq 4 rəsmi matça çıxıb. Ona görə bir söz demək çətindi. Bu həftə də çempionatınız başlayır. Əminəm ki, sabahkı oyun maraqlı olacaq. Həm futbolçular, həm məşqçilər, həm də azarkeşlər üçün. Çıxış etdiyimiz turnirin önəmini düşünməliyik. Bu oyun gərginliyinə, azarkeş marağına və digər amillərə görə həm Azərbaycan, həm də Belarus çempionatından fərqlənir.