AVRO - 2016: UEFA hakimləri açıqladı
Bakıda mayın 5-dən 21-dək keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatında iş başında olacaq hakimlərin siyahısı açıqlanıb.
Olimpsport.az saytının məlumatına görə, qitə futbol qurumu Avropa çempionatı üçün 8 baş, 12 yan xətt və 4 ehtiyat hakim seçib.
Siyahıda azərbaycanlı hakimlər də var. Amma Əliyar Ağayev və Orxan Məmmədov AVRO-2016-nın oyunlarına yalnız dördüncü hakim kimi təyinat ala bilərlər.
Baş hakimlər: Fran Yoviç (Xorvatiya), Petr Ardeleanu (Çexiya), Ville Nevalaynen (Finlandiya), Qunnar Yarl Yonsson (İslandiya), Sveyn Erik Edvartsen (Norveç), Bartoş Frankovski (Polşa), Peter Kraloviç (Slovakiya), Mitya Jqaneç (Sloveniya)
Yan xətt hakimləri: Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr), Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları), Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan), Balaj Buzas (Macarıstan), Emmett Dinan (İrlandiya), Vasili Ermişin (Moldova), Edvard Spiteri (Malta), Alen Heyniger (İsveçrə), Ceyhun Sesigüzel (Türkiyə)
Dördüncü hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov (hər ikisi Azərbaycan), Sergeyus Sliva (Litva), Alen Duro (Lüksemburq).
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
