Yeni mövsüm üçün xüsusi ağ əlcək sifariş vermişəm

Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Lill"in hücumçusu Eder Fransa mətbuatına müsahibə verib.

 

Olimpsport.az həmin müsahibəni təqdim edir:

 

- İstirahətiniz bitib. Hazırda necə formadasız?

- Avropa çempionatından sonra bir müddət istirahət etdim. Artıq oynamağa tam hazıram. Son yoxlama amtçında özümü yaxşı tərəfdən göstərdim və qol vurdum.

 

- Avropa Liqasının cavab matçı haqda nə söyləyə bilərsiz? "Qəbələ" səddini keçmək mümkün olacaq?

- "Lill" üçün hər şeyi edəcəyik. Mənim üçün mövsümün ilk oyunu olacaq. Bizim üçün çox əhəmiyyətli matçdır. Rəqibi ilk oyundan sonra yaxşı təhlil etmişik. Çətin matç olacaq. Səfərdən qələbə ilə qayıtmaq istəyirik.

 

- Final matçında Fransaya qol vurdunuz. "Lill"in heyətindəki fransız futbolçular sizdən incik deyillər?

- Bəli. Mən finalda Fransaya qol vurdum və ölkəmə Avropa çempionluğu qazandırdım. Komanda yolaşlarımnan üzr istədim. Onlar isə məni təbrik etdilər və mənə görə xoşbəxt olduqlarını söylədilər.

 

- Fransız dilini öyrənməkdə çətinlik çəkmirsiz?

- Fransanı çox sevirəm. Burada özümü xoşbəxt hiss edirəm. Yavaş-yavaş öyrənirəm. Danışanda çətinlik çəkirəm.

 

- Yeni mövsüm üçün hədəfləriniz nədir?

- Azarkşelərimizi sevindirmək. Bizi Bakıda vacib oyun gözləyir. Yeni mövsüm üçün xüsusi ağ əlcək sifariş vermişəm.

 

- Ağ əlcək? Bunun nə sirri var?

- Bu məni motivasiya edir (gülür). Əlcək əlimdə olanda çox uğurlu oyun keçirirəm. Əlcək mənə qol vurmaqda kömək edir.