"Qarabağ" "Borisov-Arena"da məşqə çıxmaqdan imtina etdi

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində  BATE ilə qarşılaşacağı "Borisov-Arena"da qarşılaşma öncəsi məşqə çıxmaqdan imtina edib.


Ağdam təmsilçisi Borisova getməyərək, Minskdəki "Olimpiyski" stadionunda məşq edib.

 

Qeyd edək ki,  BATE - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.