Ramil Şeydayevin yeni klubu bəlli oldu

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev özünə yeni klub tapıb.  "Mattersburq" klubu xeyli vaxtdı elçi düşdüyü 22 yaşlı hücumçuyla nəhayət, anlaşıb. 

 

Bundesliqa təmsilçisinin idman direktoru Frants Lederer bu həftə futbolçulun onların sərəncamına gəldiyinə görə şad olduqlarını bildirib. Avstriya klubu millimizin digər üzvü - yarımmüdafiəçi Araz Abdullayevlə də rəsmi müqavilə imzalayandan son keçdiləri rəsmən açıqlayacaq.

 

Xatırladaq ki, "Trabzonspor" Ramillə müqaviləni yaxında qarşılıqlı razılıqla pozandan sonra futbolçu sərbəst olub.