PFL ilk turun rəmzi komandasını açıqladı

Topaz Premyer Liqasında ilk turun rəmzi komandası müəyəynləşib. Peşəkar Futbol Liqasının rəsmi saytında açıqlanan həmin "11-lik"də  "Qəbələ"dən 5, "Neftçi"dən 4, "Keşlə" və "Sabah"dan isə hərəyə 1 futbolçu yer alıb.  

 

Qapıçı: Səlahət Ağayev ("Neftçi”)

 

Müdafiəçilər: Anton Krivotsyuk ("Neftçi”) Kərim Diniyev ("Sabah”), Azər Salahlı ("Keşlə”), İlqar Qurbanov ("Qəbələ”)

 

Yarımmüdafiəçilər: Təmkin Xəlilzadə, Sabien Lilay, Lalavele Atakora (hamısı "Qəbələ”), Emin Mahmudov ("Neftçi”)

 

Hücumçular: Ceyms Adeniyi ("Qəbələ”), Mirabdulla Abbasov ("Neftçi”)

 

Rəmzi komanda "InStat” şirkətinin təhlilinə əsasən formalaşıb. 

 

Qeyd edək ki. Sport24.az ötən mövsümdən başlayaraq hər turun rəmzi komandasını müəyəynləşdirir. "InStat”ın təhlilinə əsasən formalaşdırılan komandada 6 futbolçu - Səlahət Ağayev, Anton Krivotsyuk, Kərim Diniyev, Təmkin Xəlilzadə, Emin Mahmudov və Ceyms Adeniyi bizim simvolik "11-lik"də də olub.