Azərbaycanı Avropa Liqasının püşkatma mərasimində təmsil edəcək səfir açıqlanıb

Avqustun 31-də Monakoda UEFA Avropa Liqası turnirinin cari mövsümünün qrup mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin püşkatma mərasimində Azərbaycanı təmsil edən səfirlərdən biri futbol veteranı Vəli Qasımov olacaq.

 

Bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Xatırladaq ki, futbolçu karyerası dövründə İspaniya və Portuqaliyada legoner həyatı yaşamış 50 yaşlı Qasımov "Betis"in heyətində Primeronun bürünc medalçısı olub.