Çempionlar liqasında gecənin nəticələri

Ötən gecə ÇL-nin III təsnifat mərhələsinin görüşləri keçirilib.

Olimpsport.az xəbər verir ki,  "Ayaks" ilk oyunda 1:1 hesablı heç-heçə etdiyi PAOK-un qonağı olub. Amsterdam təmsilçisi oyunda 2:1 hesabı ilə qalib gələrək turnirin pley-off mərhələsinə yüksəlib.

PAOK 1 - 2 "Ayaks"

QOLLAR: Stefanios Atansiadis, 4 - Klaasen, 45 (pen.), 87

Gecənin digər oyununda "Yanq Boys" ilk oyunda 0:2 hesabı ilə uduzduğu "Şaxtyor" Donetski qəbul edib. İsveçrə klubu 90 dəqiqə ərzində rəqibinə 2 cavabsız qol vurub. Əlavə vaxtda hesab dəyişməyib. Penaltilər seriyasında daha dəqiq oynayan "Yanq Boys" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

"Yanq Boys" 2 - 0 "Şaxtyor" (pen. 4:2)

QOLLAR: Yuya Kubo, 54, 69

"Rostov" ilk oyunda 2:2 hesablı heç-heçə etdiyi "Anderlext"in qonağı olub. Rusiya klubu oyunda 2:0 hesabı ilə qalib gələrək turnirin pley-off mərhələsinə yüksəlib.

 "Anderlext" 0 - 2 "Rostov"

QOLLAR: Kristian Noboa, 27, Sərdar Azmun, 47

"Fənərbağça" ilk oyunda 2:1 hesabı ilə məğlub etdiyi "Monako"nun qonağı olub. Knyazlıq klubu oyunda 3:1 hesabı ilə qalib gələrək turnirin pley-off mərhələsinə yüksəlib.

 "Monako" 3 - 1 "Fənərbağça"

QOLLAR: Valere Jermen, 2, 66, Radamel Falkao, 18 (pen.) - Emmanuel Emenike, 53

"Seltik" ilk oyunda 1:1 hesablı heç-heçə etdiyi "Astana"nı qəbul edib. Brendan Rocersin rəhbərlik etdiyi "Seltik" oyunda 2:1 hesabı ilə qalib gələrək turnirin pley-off mərhələsinə yüksəlib.

 "Seltik" 2 - 1 "Astana"

QOLLAR: Ley Qriffits, 45+3 (pen.), Musa Dembele, 90+2 (pen.) - İbraimi, 62

Qırmızı vərəqələr: İqor Şitov, Dmitri Şomko, 90 (hər iksi "Astana")