“Qarabağ”ın oyunu yayımlanmaya bilər - “Şerif” 150 min istəyir

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Şerif”lə səfər oyunu Azərbaycanda yayımlanmaya bilər. Buna səbəb Moldova klubunun Avroliqanın yayım hüququnu alan “CBC Sport” telekanalından  yüksək məbləğ tələb etməsidir. Tiraspol təmsilçisi telekanal rəhbərliyindən 150 min avro tələb edib ki, hazırda “CBC Sport” bu pulu ödəmək gücündə deyil. Məhz bu səbəbdən canlı yayım ehtimalı çox azdır.

 

Qeyd edək ki, Çempionlar Liqasından fərqli olaraq, Avropa Liqasının pley-off mərhələsində yayım hüququ televiziyalarda yox, klubların özündə olur.

 

Xatırladaq ki, “Qarabağ”ın ötən il Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şerif”lə səfər oyunundan öncə də eyni problem yaşanmışdı. Tiraspol klubu 100 min avro tələb etdiyindən matçın canlı yayımı alınmamışdı.

 

 “Şerif” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. (qol.az)