PFL klublara möhlət verdi
Futbol üzrə Azərbaycan 1-ci divizionunun 2016/2017-ci illər mövsümündə iştirak edəcək komandalar tələb olunan sənədləri avqustun 15-dək Peşəkar Futbol Liqasının müvafiq departamentinə təqdim etməlidirlər.
Olimpsport.az xəbər verir ki, bu, PFL-in yaydığı açıqlamada bildirilir.
Buna uyğun olaraq, 1-ci divizion iştirakçılarının sayı müəyyənləşəcək. Bu prosedur başa çatdıqdan sonra 1-ci divizionun püşkatmasının tarixi barədə məlumat veriləcək.