Azərbaycan gerilədi - UEFA reytinqi

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib. Ölkəmiz bu siyahıda bir pillə geriləyib.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 26-cı pillədəyik. Azərbaycanın hesabında 18.250 reytinq xalı var. Onun 1.625 (0.875 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) xalı cari mövsümdə qazanılıb.

 

Azərbaycandan 1 pillə öndə olan Şotlandiyanın 18.375 xalı var. Ölkəmizin əsas izləyicisi Qazaxıstan isə 17.500 xala malikdi.