Çexiya mətbuatı: “Viktoriya” iki dəfə kliniki ölümdən qurtuldu”

Dünən Çempionlar Liqasının 3cü təsnifat mərhələsinin cavab qarşılaşmasından 1:1-lik bərabərliklə ayrılaraq, “Qarabağ” Avropa Liqasının pley-offuna göndərən “Viktoriya”nın oyunu Çexiya mətbuatı tərəfindən birmənalı qarşılanmayıb. Olimpsport.az xəbər verir ki, onlar Azərbaycan çempionunun daha ağıllı futbol sərgilədiyini vurğulayıblar.

Matuş Kozaçikin oyununu yüksək qiymətləndirən çexiyalı həmkarlarımız həmvətənlərinin ağdamlıların qapısı qarşısında ciddi təhlükə yaratmadıqlarını da qeyd ediblər: “İlk oyunda olduğu kimi, yenə də topa nəzarət “Viktoriya”nın tərəfində idi. Amma Çexiya çempionu rəqibin kompakt müdafiəsini yarmaq üçün məlhəm tapa bilmirdi. “Qarabağ”ın ən yaxşı legioneri Muarem Muarem 28-ci dəqiqədə hesabı açdıqdan sonra da oyunun ssenarisi dəyişmədi. Meydan sahibləri daha təhlükəli qol epizodları yaratmaqda davam edirdilər”.

Çexiyalı jurnalistlər qarşılaşmanın axarının fasilədən sonra da dəyişmədiyini yazıb: “İkinci hissədə Plzen təmsilçisinin gücvü tükənməyə başladı. Artıq ilk 45 dəqiqədəki təzyiq yox idi. Azərbaycan çempionu isə daha bir neçə dəfə real qol şansı yaxaladı. Əfran İsmayılov əvvəlcə özü, sonra isə komanda yoldaşlarına qol vurmaq üçün şans yaratdı. Dani Kintananın keçidi də yaddaqalan oldu. Amma Matuş Kozaçik bu təhlükənin qarşısını ala bildi. Plzenlilər ən azından iki dəfə kliniki ölümdən qurtuldular. Sona 5 dəqiqə qalmış isə “Viktoriya”nın xilaskarı rolunda Krmençik çıxış etdi. Bu qol Çexiya çempionunun 146 milyon kronu təmin etməsini rəsmiləşdirdi. İndi “Viktoriya”nı Çemmpionlar Liqasının pley-off mərhələsi gözləyir”.