Elnur Cəfərovun Portuqaliya macərası sona çatdı

Yay transfer pəncərəsində Portuqaliyanın "Tondela" klubuna transfer olunan Elnur Cəfərovun legioner həyatı uzun çəkməyib.

Olimpsport.az  Sportal.az-a istinadən xəbər verir ki, Azərbaycanlı futbolçu klubundan qovulub. Cəfərov "Tondela"nın son yoxlama matçında da meydana çıxmayıb.

"Tondela” rəsmisi Viktor Ramos Portuqaliya mətbuatına açıqlamasında Elnur Cəfərovla yolların ayrılmasını təsdiqləyib. O, bildirib ki, klub 3 futbolçu – Tomas George, Ruben Silvestre və Elnur Cəfərovla yollarını ayırıb.

Klub rəsmisi Elnurun göndərilməsini səviyyəsindən aşağı çıxış etməsi ilə əlaqələndirib. O, digər iki futbolçunun maliyyə səbəbindən komandadan göndərildiyini vurğulayıb.