Kosovo millisi Bakıya səfər öncəsi "Mançester Siti"nin qapıçısını milliləşdirdi

Azərbaycan milisinin UEFA Millətlər Liqasında ilk rəqibi olan Kosovo yığması "Mançester Siti"nin qapıçısı Ariyanet Muriçi milliləşdirib. Kosovolular bunu turnirin startı - millimizlə Bakıdakı qarşılaşma öncəsi reallaşdırıb.

 

Kosovo Futbol Federasiyası rəsmi açıqlamasında bildirib ki, Miriç  bir neçə aylıq danışıqlardan sonra bu yığmada çıxış etməyə "hə" deyib. İsveçrədə doğulmuş futbolçu Monteneqro əsillidi. Daha əvvəl bu ölkənin U-21 yığmasına cəlb olunmuş gənc oyunçu atasının mənsub olduğu Kosovonu təmsil etməyə razılaşıb. Onun valideynləri İsveçrəyə Albaniyadan köçüblər. 1,98 metr boya malik qolkiper "Mançester Siti"nin U-23 komandasında çıxış etməklə yanaşı, Premyer Liqa üçün də sifariş olunub.