AFFA-dan UEFA prezidentinə dəstək
AFFA rəhbərliyi 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresində keçiriləcək seçkidə hazırkı UEFA prezidenti Aleksander Çeferinin namizədliyini dəstəkləyəcək. Bununla bağlı AFFA-dan UEFA-ya müvafiq rəsmi məktub göndərilib.
Ötən seçkidə də, seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi Aleksander Çeferinin namizədliyini dəstəkləmişdi.