“Şerif” Bakıya gəldi - VİDEO

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan Moldovanın “Şerif” klubu cavab oyunu üçün Azərbaycana gəlib. Tiraspol təmsilçisi səhər saatlarında Bakıya çatıb. Birbaşa çarter reysi tapa bilməyən Moldova klubu ölkəmizə “Türk Hava Yolları”nın Kişinyov-İstanbul-Bakı reysi ilə gəlib.

 

Rəqib komanda Bakıdakı "Bulvar" otelində məskunlaşıb. 

 

Qeyd edək ki, tərəflər arasında Moldovada baş tutan ilk oyunda “Şerif” minimal hesablı qələbəyə sevinib. Cavab matçı isə Tofiq Bəhramov adına Respublik Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.