"Şerif"in baş məşqçisi Bakıda ən yaxşı futbolu oynayacaqlarını ümid edir: "Qarabağ"a keçə bilməsək, qorxulu bir şey yoxdu"
Moldovanın "Şerif" klubunun baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab matçı öncəsi mətbuat konfransı keçirib. Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlər qarşısına bosniyalı kapitanı Mateo Suşiçlə çıxan 39 yaşlı xorvatiyalı mütəxəssis əvvəlcə qarşılaşma haqda düşüncələrini bölüşüb.
Q.S: "Qarabağ"la cavab matçımızdı. İlk oyundakı nəticə bizə qrupa düşməyə müəyyən şanslar yaradıb. Aydın məsələdir ki, çətin olacaq. Başa düşürük ki, "Qarabağ" çox güclüdü. Üstəlik, evdə oynayır. Topla yaxşı davranır, rəqibə güclü təzyiq edir. Əminəm ki, komanda şəklində artıraraq ilk oyundan daha yaxşı təsir bağışlayacağıq. Bu, fiziki planda da yaxşı olmalıdı. Sabah ən yaxşı futbolumuzu göstərməyə, şanslarmızdan istifadə etməyə çalışacağıq.
M.S: Bizi çox çətin oyun gözləyir. Çox yaxşı rəqiblə qarşılaşacağıq. İlk oyunda yaxşı nəticə qazandıq. Bu, şanslarımızı artırır və biz sonadək mübarizə aparacağıq. Qrupa düşmək üçün ilk matçda olduğu kimi, yaxşı oynamalıyıq. Təbii ki, imkan düşsə, qol da vurmağa çalışacağıq.
- Vaxtilə Azərbaycanda oynamış moldovalı futbolçu, hazırda isə vətənində məşqçi işləyən Denis Kalinkov bizə müsahibəsində bildirib ki, "Şerif"in baş məşqçisi Bakıda onları nə gözləyəcəklərini bilmir. Maraqlıdı, bu atmosfer haqda bilginiz varmı?
Q.S: Aydın məsəldir ki, bilirik. Stadion tam dolacaq, azarkeşlər doğma komandalarını yaxşı dəstəkləyəcək. Ancaq düşünmürəm ki, bu, başlıca rol oynayacaq. Hər iki komanda belə atmosferə öyrəşib. Bizim üçün başlıcası, tapşırıqları yerinə yetirrmək. düşündüyümüzü meydanda həyata keçirməkdi. Bəli, asan olmayacaq. Ancaq qrupa düşməyə böyük şansımız var. Sabah maraqlı qarşılaşma olacaq.
- "Qarabağ"a qarşı ötən il də oynamısınız? Dəyişən nədi?
M.S:Görünür ki, komanda dəyişilib. Yeni futbolçular var və hələ tam uyğunlaşmayıblar. Onlar daha çox fərdi oyuna üstünlük verirlər. Bu üzdən "Qarabağ"ın komanda şəklində oyunu tam alınmır. Ancaq topa sahib olmada rəqibin üstünülüyü yenə göz önündədi.
- BATE Bakıda qorxaq, ehtiyatlı oynamışdı. "Şerif" də belə oynayacaq, yoxsa əksi olacaq?
Q.S: Ötən il Çempionlar Liqasında oynamış, özünü parlaq göstərmiş komandaya qarşı çıxış edəcəyik. Ona görə başa düşürük ki, "Qarabağ"a qarşı tam açıq oynaya bilmərik. Eyni zamanda rəqib də bizi tam müdafiə olunmağa məcbur edə bilməz. Oyunun gedişində necə lazım olacaq, elə də oynayacağlq. Üstün keyfiyyətlərimizi göstərməyə çalışacağıq. Hər bir rəqibin güclü və zəif tərəfləri var. "Qarabağ"ı yaxşı təhlil etmişik.
- Bir il öncə "Şerif"in baş məşqçsi olmuş, hazırda "Neftçi"ni çalışdıran Roberto Bordin ötən həftə "Qarabağ"la oynayıb. İtaliyalı həmkarınızla əlaqə saxlayaraq məsləhət almısınız?
Q.S: Buna ehtiyac yoxdu. Çünki rəqibin matçlarına baxmışıq və ona qarşı necə oynayacağımızı bilirik. Komanda dəyişsə də, baş məşqçinin əli hiss olunur. "Neftçi" ilə həmin matça baxmışam. "Qarabağ"ın zəif cəhətlərindən istifadə etməyə çalışacağıq.
- "Qarabağ"ın heyətində itkilər var, eyni zamanda əsas hücumçusu İnnosent Emeqara cəzasını bitirərək qayıdır. Bu, oyuna öz təsirini göstərə bilərmi?
Q.S: Həmin futbolçu haqda məlumatımız var, oyununu izləmişik. Deyə bilərəm ki, Emeqaranın fərdi keyfiyyətləri Moldovada bizə qarşı oynayanlardan fərqlidi. O, özünə diqqət tələb edən futbolçudu. Təhlükəli hücumçudu. Ancaq düşünmürəm ki, bir futbolçu sabah matçın taleyini həll edəcək. "Qarabağ"da başqa yaxşı oyunçular da var. Sadəcə, bizə öz futbolumuzu oynamaq vacibdi. "Qarabağ" kimi rəqibə qarşı oynamaq bizim üçün qürurludu.
- "Qarabağ"da fərqləndirə biləcəyin, ehtiyatlandığın futbolçu varmı?
M.S: Bir neçə fərdi oyun keyfiyyətləri ilə seçilən futbolçu var. Ancaq kimisə xüsusi fərlqəndirməzdim. İlk oyunda meydanda olmayan İnnosent Emeqaranı qeyd edərdim. Əsas öz futbolumuzu oynamaqdı və çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq. "Qarabağ"da bir yox, bir neçə texnikalı futbolçu var.
- Bildiyimizə görə, "Şerif" Bakıya çarter reysi yox, tranzit reysilə gəlib. Buna görə rəhbərliyə etirazını bildirdinizmi?
Q.S: Bu, bizə aid məsələdi və buna müdaxilə etməyə dəyməz. Məlumat üçün deyim ki, bundan əvvəlki mərhələdə "Şkendiya" Moldovaya tranzit reysiylə gəlmişdi və bizə qalib gəldi. Biz isə İslandiyaya çox yüksək keyfiyyətli çarter reysilə getmişdik, ancaq "Valyur"u güclə keçdik.
- Son 2 ildə Avroliqada qrupa oynamış "Şerif" bu dəfə pley-ofda uduzsa, bu, gələcək taleyinizə təsir göstərə bilərmi?
Q.S: Məqsəd yoxdur ki, mütləq qrupa düşək. Sabah buna nail olmağa çalıaşacagıq. "Qarabağ"ı keçməsək, qorxulu bir şey yoxdu. İşimizi davam etdrəcəyiik. İndidən nəsə demək çətindi. Hər komanda qrupda oynamaq istəyir. Ancaq bu, alına da bilər, alınmaya da. Qrupu yox, necə oynacağımız haqda düşünürük.