BATE ÇL-dən darmadağınla qovuldu

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Son oyun günündə də üç görüş baş tutub.

 

ÇL-in 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış BATE pley-offda PSV ilə qarşılaşıb. Doğma meydanda 2:3 hesabıyla uduzmuş Borisov təmsilçisinin qrup mərhələsinə vəsiqə qazanması çətin görünürdü. Gözlənildiyi kimi, səfərdə daha böyük hesabla məğlub olan Belarus çempionu ÇL-dən kənarlaşdırılıb.

 

Günün digər oyunlarında “Benfika” səfərdə PAOK-u darmadağınla keçib. “Zalsburq” – “Srvena Zvezda” cütünün qalibi isə səfərdə vurulan qollar sayəsində Serbiya təmsilçisi olub.

 

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

29 avqust

 

PAOK (Yunanıstan) - Benfika (Portuqaliya) 1:4 (ilk oyun 1:1)
Qol: Priyoviç, 13 – Jardel, 20. Salvio, 26-pen; 49-pen. Pitsi, 39.

 

PSV (Hollandiya) - BATE (Belarus) 3:0 (3:2)
Qol: Berqveyn, 14. DE Yonq, 36. Lozano, 62.

 

Zalsburq (Avstriya) - “Srvena Zvezda” (Serbiya) 2:2 (0:0)
Qol: Dabbur, 45; 38-pen – Nabuhane, 65. Degenek, 66.