AFFA-nın infrastruktur layihələri davam edir

AFFA-nın infrastruktur layihələri davam edir.  2012-ci ildə fəaliyyətə başlamış "Bakcell Arena" 2017-ci ilin sonuna qədər 140 futbol oyunu və 240 saatlıq  məşq qəbul edib. Bu qarşılaşmalardan 53-ü beynəlxalq oyunlardı.

 

Bu ilin may-avqust aylarında "Bakcell Arena"nın meydançasında AFFA tərəfindən əsaslı təmir işləri aparıldı və artıq yenilənmiş ot örtüyü növbəti oyunları qəbul etmək üçün hazır vəziyyətə gətirilib. AFFA-nın Grow 2020 inkişaf strategiyasının məqsədləri çərçivəsində infrastruktur layihələri həyata keçirilməkdə davam edir. AFFA tərəfindən “Sumqayıt” ın ev oyunlarını keçirdiyi Kapital Bank Arenanın süni ot örtüyü təbii ot örtüyü ilə əvəzlənir və stadion ərazisində 1 təbii örtüklü yeni məşq meydançası inşa olunur. Həmçinin, “Zirə”nin ev oyunlarını keçirdiyi  Zirə Olimpiya Stadionunda süni örtüklü meydançasının yerinə təbii örtüklü meydança inşa olunur.