Almeyda ardıcıl 5-ci dəfə qrupda - bu dəfə "Astana"yla
Azərbaycan milisinin futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu "Astana" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Pley-off mərhələsinin cavab matçında Kiprin APOEL klubuyla evdə qarşılaşan Qazaxıstan çempionu oyunun əsas vaxtında 1:0 hesabıyla qalib gəlib. "Qarabağ"ın braziliyalı sabiq yarımmüdafiəçisi Pedro Enrike 16-cı dəqiqədə penaltidən fərqlənib.
İki görüşün nəticəsi eyni olduğu üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada "Astana" Almeyda və Enrikenin düzgün yerinə yetirdiyi penalti zərbələri ilə 2:1 hesabı ilə qalib gələrək ardııcl 3-cü il qrupa çıxıb. .
Qeyd edək ki, Pedro start heyətdə meydana daxil olub, Riçard isə 53-ci dəqiqədən matçda iştirak edib və 4 dəqiqə sonra sarı vərəqə alıb.
Xatırladaq ki, Almeyda ardııcl 5-ci dəfə qrup mərhələsinin iştirakçısı olacaq və əvəvlki 4 dəəf buna "Qarabağ"la nail olub.