AFFA-nın əməkdaşı vəfat edib
Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib. Uzun sürən xəstəlikdən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşı, Azərbaycan Respublikasının əməkdar jurnalisti Abas Əzim oğlu Əzimov ömrünün 82-ci ilində dünyasını dəyişib.
Xatırladaq ki, Əzizov AFFA-nın nəzdindəki Futbol Muzeyinə rəhbərlik edirdi.