"Vorskla"nın prezidenti: "Arsenal" favoritidi, "Sportinq"lə "Qarabağ" da çox güclü komandalardı"
Ukraynanın "Vorskla" klubunun prezidenti Roman Çernyak Avropa Liqasında qrup mərhələsinin püşkünü dəyərləndirib. Poltava təmsilçisinin rəhbəri klubun "Facebook" səhifəsinə açıqlamasında bütün rəqiblərin güclü olduğunu bildirib: "Əlbəttə, burda hər şey aydındı: "Arsenal" qrupun favoriti sayılır. Ancaq "Sportinq"lə "Qarabağ" da çox güclü komandalardı. Biizm üçün bu turnirdə oynamaq böyük şərəf və sevincdir. Ancaq üzərimizdə çox işləməlyiik. Avropa Liqaısnda çıxış bir tərəfdən, ötən mövsümdə mükafatçı olmağımız digər tərəfdən... ciddi ev tapşırığıdı ki, buna hazırlaşmalıyıq".