Elçin İsmayılovun doğum günüdür
Bu gün cüdo üzrə beynəlxalq dərəcəli idman ustası Elçin İsmayılovun ad günüdür.
Qeyd edək ki, o, 1991-ci ildə sonuncu dəfə keçirilən SSRİ xalqları spartakiadasının qalibi olub. Bundan başqa dəfələrlə SSRİ çempionu, Silahlı Qüvvələr arasında dünya çempionu və bir neçə dəfə müxtəlif beynəlxalq yarışların da qalibi olub.
Ömrünün 50-ci il dönümünü qeyd edən təcrübəli mütəxəssisi biz də kollektivimiz adından təbrik edir, gələcək həyatında və karyerasında bol-bol uğurlar arzu edirik.