Kosovo millisi Bakıya bu heyətlə gəlir

UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Kosovo yığmasının heyəti açıqlanıb. İtaliya A Seriyası təmsilçisi "Latsio"da çıxış edən Valon Berişa Millətlər Liqasında Azərbaycan və Farer adaları ilə oyunlarda Kosovo yığmasına kömək edə bilməyəcək. Buna səbəb onun zədəli olmasıdı.

 

Kosovo yığması qarşıdakı oyunlarda aşağıdakı heyətlə mübarizə aparacaq:

 

Qapıçılar: Samir Uykani ("Rizəspor", Türkiyə), Faton Maloku ("Kukesi", Albaniya), Visar Bekay (Priştina);

 

Müdafiəçilər: Armi Rahmani ("Dinamo" Zaqreb, Xorvatiya), Fidan Aliti ("Skenderbeu", Albaniya), Mergim Voyvoda ("Muskron", Belçika), Ardian İsmayli ("Hayduk" Split, Xorvatiya), Kastriot Dermaku ("Kosentsa", İtaliya), Leart Pakyarada ("Sandhauzen", Almaniya), Benjamin Kololli ("Sürix", İsveçrə), Yetmir Krasniqi ("Luqano", İsveçrə), Arbenit Xhemayli ("Ksamaks", İsveçrə);

 

Yarımmüdafiəçilər: Hekuran Kryeziu ("Sürix", İsveçrə), Herolind Şala ("Start", Norveç), İdriz Voka ("Lütsern", İsveçrə), Bernard Berişa ("Axmat", Rusiya), Arber Zeneli ("Herenven", Hollandiya), Milot Raşitsa ("Verder", Almaniya), Edon Jegrova ("Genk", Belçika), Bersant Tselina ("Suonsi", İngiltərə);

 

Hücumçular: Elbasan Raşani ("Odds", Norveç), Donis Avdiyay ("Villem II", Hollandiya), Vedat Muriqi ("Rizəspor", Türkiyə), Atdhe Nuhiu ("Şeffild Uenzdey", İngiltərə).

 

Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 7-də Bakıda Kosovoya qarşı keçirəcək. Sentyabrın 10-da isə millimiz səfərdə Malta ilə qarşılaşacaq. Yığmamızın qrupdakı digər rəqibi isə Farer adalarıdır.