Əliyar Ağayev Rusiya - Çexiya matçını idarə edəcək

Azərbaycanın FİFA hakimi Əliyar Ağayev yeni təyinat alıb.  31 yaşlı referimiz sentyabrın 10-da Rostov şəhərində Rusiya və Çexiya milli komandaları arasında yoldaşlıq oyununu idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.