Xaqani Məmmədov mətbuat konfransı keçirdəcək

Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun görüşlərindən sonra hakimlərin qərarlarını müzakirə etmək üçün toplantılar keçirir.

Olimpsport.az saytının məlumatına görə, hər həftə baş tutan toplantı zamanı turda idarəçilik etmiş hakimlər iştirak edir, onların verdikləri qərarlar videoçarxlarla müzakirə olunur.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin və Azərbaycan Premyer Liqasının XXXI turunun görüşlərində verilən qərarlar sabah saat 16:00-da AFFA-nın inzibati binasında reallaşacaq ənənəvi toplantı zamanı müzakirəyə çıxarılacaq. Budəfəki toplantı media nümayəndələri üçün açıq olacaq. Müzakirələrdən sonra  Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun və hakimlərin mətbuat konfransı keçirməsi nəzərdə tutulub.