Güləşçilərimizdən rekord: 28 iştirakçı-16 medal - FOTOLAR
02-03 sentyabrda Türkiyənin Artvin şəhərinin Yusufeli bölgəsində beynəlxalq karakucak yarışları keçirilib.
Yarışda azyaşlı yeniyetmə və yeniyetmə idmançılar (12-17 yaş) bir, gənclər və böyüklər isə (17-40 yaş) digər yaş qrupunda mübarizə aparıblar.
Birincilikdə ölkəmizin 28 idmançısı öz qüvvəsini sınayıb.
Bahadırlarımız bütün yaş qruplarında fərqlənməklə 5 qızıl, 4 gümüş və 7 bürünc medal qazanıblar.
Azərbaycan güləşçilərinin yüksək nəticə göstərdiyinə görə komandamızın rəhbəri Ramin Allahverdiyev Yusufeli bələdiyyə başkanı Eyüp Aytekin tərəfindən mükafatlanıb.
Ramin Allahverdiyev də öz növbəsində Azərbaycan Güləş Federasiyasının fəxri diplomunu Eyüp Aytekinə təqdim edib.
Maraqlı və həyacanlı keçən yarışı minlərlə azarkeş izləyib. Qeyd edək ki, karakucak güləş yarışları ot üstündə olmaqla idmançıların geyindiyi kisbet adlanan formada keçirilir.
Yarışın sonunda Türkiyənin tanınmış dövlət məmurları , idmançılar və Türkiyə milli komandasının bir neçə güləşçisi bir yerdə yallı rəqsi ediblər.