İtaliyadan heç-heçə, Türkiyədən məğlubiyyət, Farer adalarından qələbə

UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib.
 
D Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyununda Farer adaları Maltanı qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 3:1. Qrupun digər oyununda Azərbaycan Kosovo ilə heç-heçə etdiyindən, ada komandası 3 xalla liderliyi ələ alıb. Kosovo və Azərbaycan hərəyə 1 xalla 2-3-cü yerləri bölüşür. Sonuncu pillədəki Malta isə xalsızdır. 
 
A Liqasının 3-cü qrupunda İtaliya və Polşa yığmaları arasındakı görüşdə qalib müəyyənləşməyib. Meydan sahibləri məğlubiyyətdən penalti qolu ilə yaxa qurtarıblar. 
 
B Liqasında Türkiyə millisi evdə Rusiyaya uduzub. Qonaq komandadan dünya çempionatının tapıntıları Denis Çerışev və Artyom Dzyubanın qolları qarşılığında "ay-ulduzlular"dan Serdar Aziz fərqlənə bilib. 
 
C Liqasının 1-ci qrupunda Albaniya millisi İsraili minimal hesabla yenməyi bacarıb. Meydan sahiblərindən "Qarabağ"ın futbolçusu Ansi Aqolli sonadək ehtiyatda qalıb. 4-cü qrupda isə Litva eyni hesabla Serbiyaya uduzub. 
 
7 sentyabr
 
A Liqası
3-cü qrup
 
22:45. İtaliya – Polşa - 1:1
Qollar: Jorjinyo, 78 (p.) - Pyotr Zelinski, 40
 
B Liqası
2-ci qrup
 
22:45. Türkiyə - Rusiya - 1:2
Qollar: Serdar Aziz, 41 - Denis Çerışev, 13. Artyom Dzyuba, 49
 
C Liqası
1-ci qrup
 
22:45. Albaniya – İsrail - 1:0
Qol: Taulant Caka, 55
 
4-cü qrup
 
22:45. Litva - Serbiya - 0:1
Qol: Duşan Tadiç, 38 (p.)
 
22:45. Rumıniya - Montoneqro - 0:0
 
D Liqası
3-cü qrup
 
20:00. Azərbaycan - Kosovo - 0:0
 
22:45. Farer adaları - Malta - 3:1
Qollar: Yohan Edmundsson, 31. Rene Yonsen, 38. Hallur Hansson, 52 - Maykl Mifsud, 42