Millətlər Liqasında ilk tura yekun vuruldu

Futbol üzrə UEFA Millətlər Liqasında ilk tura yekun vurulub. Son oyun günündə 7 qarşılaşma baş tutub.

 

Günün ən maraqla gözlənilən qarşılaşması İngiltərədə keçirilib. Futbolun yaradıcıları özləri kimi son dünya çempionatında çıxış etmiş İspaniya millisi ilə üz-üzə gəliblər. Üç qolun qeydə alındığı matç ispanların qələbəsiylə yekunlaşıb.

 

“Qarabağ”ın qapıçısı Hannes Halldorsonun heyətində yer aldığı İslandiya yığması səfərdə İsveçrəyə biabırçı hesabla uduzub.

 

Belarus San Marinonu, Lüksemburq Moldovanı böyük hesabla məğlub edib. 

 

Finlandiya Macarıstanı, Yunanıstan Estoniyanı minimal hesabla üstələyib.

 

UEFA Millətlər Liqası
8 sentyabr

 

A Liqası

 

2-ci qrup

 

İsveçrə - İslandiya 6:0
Qol: Zuber, 13. Zakariya, 23. Şakiri, 53. Seferoviç, 67. Ayeti, 71. Mehmedi, 82.

 

4-cü qrup

 

İngiltərə - İspaniya 1:2
Qol: Reşford, 11 - Saul, 13. Rodriqo, 32.

 

B Liqası

 

3-cü qrup

 

İrlandiya - Bosniya və Herseqovina 1:2
Qol: Qriqq, 90 - Dulyeviç, 36. Sariç, 64.

 

C Liqası

 

2-ci qrup

 

Finlandiya - Macarıstan 1:0

Qol: Pukki, 7.

 

Estoniya - Yunanıstan 0:1
Qol: Fortunis, 14.

 

D Liqası

 

2-ci qrup

 

Belarus - San Marino 5:0
Qol: Staseviç, 4. Draqun, 26; 87. Saroka, 67-pen. Kovalyov, 90.

 

Lüksemburq - Moldova 4:0
Qol: Malqet, 34. Til, 60. Sinani, 75. Martins, 83.