Türkiyə millisinin sabiq forvardı futboldan getdi
Türkiyə yığmasının və “Fənərbaxça” klubunun sabiq futbolçusu Semih Şəntürk futbolçu karyerasını bitirib. Bu barədə futbolçunun özü məlumat yayıb.
Futbolçu karyerasının əsas hissəsini “Fənərbaxça”da (2001-2013) keçirən Şəntürk, “İzmirspor”, “Antalyaspor” və “Başakşəhər”də də top qovub. Şəntürkün son klubu “Əskişəhərspor” olub.
35 yaşlı futbolçu 111 dəfə Türkiyə millisinin formasını geyinib. O, bu oyunlarda 44 qol vurub.