Badmintonçularımız "Belarus International 2018"in qalibi oldular
Belarusun paytaxtı Minskdə keçirilən badminton üzrə "Belarus International 2018" turnirinə yekun vurulub. Kişilərin şəxsi yarışında Azərbaycan badmintonçusu Edi Reski Dviçayo və Fransa təmsilçisi Leo Rossi finalda üz-üzə gəlib. Yekunda 2:1 (21-18, 15-21, 21-19) hesablı qələbə qazanan Dviçayo "Belarus International 2018" turnirinin qalibi olub.
Eyni nailiyyətə kişilərin qoşa yarışında Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni dueti imza atıb. Yarımfinalda polşalı cütlüyə 2:0 (21-18, 23-21) hesabı ilə qalib gələn təmsilçilərimiz finalda fransalı Leo Rossi - Tomas Baures tandemini də yenib - 2:0 (21-18, 21-14).
Qeyd edək ki, Dviçayo və Qovimuramadhoni "Sabah" Peşəkar İdman Klubunun üzvləridi.