Aslan Ağayev: "Zədəli güləşçimizin olmaması sevindiricidir" FOTO/VİDEO
Qadınlardan ibarət yığmamız Belarusda təlim-məşq toplanışını davam etdirir.
Sentyabrın 4-dən bu ölkənin paytaxtı Minskdə hazırlıq keçən millimizin baş məşqçisi Aslan Ağayev AGF-nin saytına toplanışın gedişi və qarşıdakı planlarla bağlı açıqlama verib:
“Hazırlıq prosesi plan üzrə gedir. Hər şey qaydasındadır. Zədəli güləşçimizin olmaması sevindiricidir. Minskdə Belarus, Latviya və Hindistan yığmalarıyla birgə toplanış keçirik. Burada keçiriləcək Aleksandr Medvedin xatirə turnirindən sonra vətənə qayıdacağıq. Bir müddət Bakıda hazırlıq keçdikdən sonra dünya çempionatı ərəfəsində son təlim-məşq toplanışını keçmək üçün Türkiyəyə yollanacağıq. Orada yerli komandayla yanaşı, Rumıniya və Hindistanın da iştirakıyla birgə toplanış baş tutacaq. Macarıstana da Türkiyədən səfər edəcəyik”.