“Qarabağ” olduqca güclü komandadı

“Qarabağ” olduqca güclü komandadı. Düzdü, rəqib barədə ətraflı məlumata malik deyilik. Amma güclü olduqlarını bilirik”.
Olimpsport.az xəbər verir ki, bu sözləri İsveçin “Höteborq” klubunun hücumçusu Qustav Enqvall deyib.
 
İsveç millisinə də dəvət edilən 20 yaşlı forvard yerli mətbuata Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyunlarla bağlı danışıb. O, Ağdam təmsilçisini zəif hesab edənlərlə razı deyil: “Qarabağ” son ölkə çempionudu. Bu, onlarla çətin oyunlarımızın olacağından xəbər verir. Doğrudu, püşk “Şaxtyor”u da bizə rəqib edə bilərdi. Amma bu o anlama gəlməməlidi ki, indiki rəqibimiz “Qarabağ” o qədər güclü deyil”.
 
Hazırda zədədən əziyyət çəkən komandanın aparıcı futbolçusu “Qarabağ”la ilk matça qədər sıraya dönmək arzusundadı: “Təəssüf ki, hazırda komandadan ayrı fərdi şəkildə hazırlaşıram. İndi bərpa prosesi keçirəm. Pley-off qarşılaşmalarına qədər tam hazır olmaq istəyirəm. Ancaq çox vaxt da yoxdu. Görək, həkimlər nə deyəcəklər”.
 
Qeyd edək ki, “Qarabağ”la “Höteborq” avqustun 18-də İsveçdə, 25-də isə Azərbaycanda üz-üzə gələcəklər.