Güləş Federasiyasında yeni təyinat

Azərbaycan Güləş Federasiyasında yeni təyinat olub.


Olimpsport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının yeni mətbuat katibi müəyyənləşib. Bu posta "Futbol+” qazetindəki fəaliyyəti ilə tanınan jurnalist Sərxan Musalı təyin olunub.

Onun yeni vəifəsinə təyinatı oktyabr ayında rəsmiləşəcək. 


Qeyd edək ki, AGF-nin keçmiş mutbuat katibi Mayis Musayev şəxsi işləri ilə əlaqədar AGF-nin mətbuat katibi postundan istefa vermişdi.

Redaksiyamız adından Sərxan Musalını təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!