İtaliya uduzdu, Türkiyə əzmkar qələbəyə sevindi

Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci turun oyunları keçirilir. Daha 8 qarşılaşma baş tutub. 

 

Azərbaycan millisi də turnirdə ikinci oyununa çıxıb. Komandamız səfərdə Malta ilə qarşılaşıb və bu dəfə də heç-heçə ilə kifayətlənib.

 

Maraqla gözlənilən oyunlardan biri Türkiyə millisi ilə İsveç arasında olub. Beş qolun qeydə alındığı bu oyunda Türkiyə inanılmaz əzmkarlıq nümayiş etdirməklə fantastik qələbəyə imza atıb.

 

Portuqaliya - İtaliya qarşılaşması da azarkeşlərin maraqla gözlədiyi görüşlərdən biri idi. İlk turda 1 xalla kifayətlənən italyanlar bu oyunda da məğlubiyyətlə üzləşiblər.

 

Millətlər Liqası
10 sentyabr 

 

A Liqası

 

3-cü qrup

 

Portuqaliya - İtaliya 1:0
Qol: A.Silva, 48.

 

B Liqası

 

2-ci qrup

 

İsveç - Türkiyə 2:3
Qol: Telin, 35. Klaesson, 49 - H.Çalhanoğlu, 51. E.Akbaba, 88; 90.

 

C Liqası

 

1-ci qrup

 

Şotlandiya - Albaniya 2:0
Qol: Cimşiti, 47-öz qapısına. Neysmit, 68.

 

4-cü qrup

 

Çernoqoriya - Litva 2:0
Qol: Saviç, 34. Yankoviç, 35.

 

Serbiya - Rumıniya 2:2
Qol: Mitroviç, 26; 63 - Stanku, 48-pen. Tukudan, 68.

 

D Liqası

 

1-ci qrup

 

Andorra - Qazaxıstan 1:1
Qol: Alaez, 86 - Loqvinenko, 68.

 

3-cü qrup

 

Kosovo - Farer adaları 2:0
Qol: Zeneli, 50. Nuhiu, 54.

 

Malta - Azərbaycan 1:1
Qol: Aqius, 10-pen - T.Xəlilzadə, 26.