Farruciya qrupun favoritini göstərdi: "Daha böyük dəstəyə ehtiyac duyuruq"
Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində evdə yığma komandamızla 1:1-lik bərabərliyə qalan Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransı keçirib. 63 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.
- Azərbaycan çox yaxşı komandadı. Heç-heçəni bizim üçün uğurlu nəticə hesab edirəm. İrəliyə doğru addımlayırıq. Deyə bilərəm ki, daha yaxşı oynayırıq. Dəyişməliyik. Bu baxımdan bugünkü oyun komandam üçün olduqca önəmli idi. Ancaq daha böyük dəstəyə ehtiyac duyuruq, “12-ci oyunçu” bizə hava-su kimi lazımdı.
- İki turdan sonra komandaların şanslarını necə dəyərləndirirsiniz?
- Qrupun tək favoriti yoxdu. Məsələn, Kosovo yeni komandadı və istədikləri yeni futbolçularla heyətlərini gücləndirə bilərlər. Farer adaları da güclüdü. Ancaq düşünürəm ki, Kosovo daha üstündü. Hazırkı reytinq cədvəli yığmaların qüvəssini düzgün əks etdirmir. Kosovo qərarlaşdığı mövqedən xeyli üst sıralarda dayanmalıdı.