Malta polisi millimizin fanatlarını saxladı
Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqası çərçivəsində Malta ilə səfər oyununda komandamızı arenadan dəstəkləyən azarkeşlər yerli polis tərəfindən saxlanılıb. “Milli dəstə” üzvləri olan Şamil Mustafayevlə Vusal Əhmədovu oyundan sonra polislər tutublar.
Buna onların oyun zamanı məşəl yandırmaları səbəb olub.
Hadisəyə AFFA-nın baş katibi Elxan Məmmədov da mudaxilə edib. UEFA numayəndələri ilə baş katibin danışıqları müsbət nəticələnib və 1 saat sonra fanatlarımız azadlığa buraxılıb.
Qeyd edək ki, Malta – Azərbaycan oyunu 1:1 hesabıyla başa çatıb.