UEFA Bakıya 40 nəfərlik işçi heyəti göndərdi

Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb. Sentyabrın 14-dək davam edəcək səfər proqaramında UEFA-nın 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik və sair məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.

 

Məlumatı AFFA-nın rəsmi saytı yayıb.